Həsrət Cəfərov karyerasında ilk dəfə dünya çempionu ola bilər

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın 1 təmsilçisi final görüşünə çıxacaq.
Yunan-Roma növündə 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov karyerasında ilk dəfə dünya çempionu ola bilər.
3-qat Avropa çempionu və Olimpiya mükafatçısı həlledici raundda iranlı Səid Murad Quli ilə qarşılaşacaq.
Xatırladaq ki, mundiala 23 güləşçi ilə yollanan Azərbaycan komandası ümumilikdə 6 medal əldə edib.
Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc, yunan-Roma növündə Ülvi Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıblar.
Mundiala yollanan heyət
Sərbəst güləş
57 kq İslam Bazarqanov
61 kq Nürəddin Novruzov
65 kq Əli Rəhimzadə
70 kq Kənan Heybətov
74 kq Turan Bayramov
79 kq Cəbrayıl Qadjiyev
86 kq Arseniy Djioyev
92 kq Osman Nurmaqomedov
97 kq Maqomedxan Maqomedov
125 kq Giorgi Meşvildişvili
Qadın güləşi
57 kq Jalə Əliyeva
59 kq Günay Qurbanova
62 kq Birgül Soltanova
Yunan-Roma güləşi
55 kq Eldəniz Əzizli
60 kq Nihat Məmmədli
63 kq Murad Məmmədov
67 kq Həsrət Cəfərov
72 kq Ülvü Qənizadə
77 kq Sənan Süleymanov
82 kq Qurban Qurbanov
87 kq İslam Abbasov
97 kq Murad Əhmədiyev
130 kq Beka Kandelaki