Azərbaycan cüdoçuları Türkiyədəki turnirdə altı qızıl medal qazandılar

Türkiyənin Samsun şəhərində "Uluslararası Karadeniz Judo Şampiyonası" turniri keçirilib.
"Mediasport" xəbər verir ki, bu yarışda məşqçi Xəyal Qəhrəmanovun rəhbərliyi ilə Azərbaycanı 1 qız və 8 oğlan cüdoçu təmsil edib.
Təmsilçilərimiz 6-sı qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.
Bu göstəricilər komanda hesabında da müsbət təsirini göstərib. U-13 yaş qrupunda birincilik, U-15 yaş qrupunda üçüncülük əldə olunub.
Yarışda İlham Nəcəfov (2013-2014, 23 kq), Şahin Quliyev (2013-2014, 26 kq), Ziya Əsədli (2013-2014, 30 kq), Ayaz Əliyev (2013-2014, 30 kq), Pərvin İsmayılov (2013-2014, 38 kq) və Yusif Əsədli (2010-2011, 55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Digər idmançılardan Sübhan Əkbərov (2013–2014, 23 kq) gümüş, Mürsəl Qafarli (2013–2014, 26 kq) isə bürünc medalla kifayətlənib.