Rövşən Nəcəf çempion olan komandanın üzvləri ilə görüşdü
AFFA prezidenti Rövşən Nəcəf Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən 4-cü minifutbol turnirinin qalibi olan SOCAR komandası ilə görüş keçirib.
"Mediasport" xəbər verir ki, federasiya rəhbəri uğurlu çıxışın davamı olaraq 5-7 iyun tarixlərində Mərakeş Krallığının Kasablanka şəhərində keçiriləcək III Dünya Korporativ Oyunlarında komandanın ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.
Görüş çərçivəsində komanda üzvlərinə turnirdə göstərdikləri yüksək peşəkarlıq, komanda ruhu və qazanılan parlaq qələbəyə verdikləri töhfəyə görə SOCAR-ın Aparat rəhbəri, "Neftçi" İdman Klubunun İdarə Heyətinin sədri Hafiz Zeynalov tərəfindən təşəkkürnamələr təqdim olunub.



