İki güləşçimiz Slovakiyada medal qazandı - Dünya çempionatı
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın iki təmsilçisi medal qazanıb.
Yunan-Roma güləşçilərimizdən finala vəsiqə qazanan Cavidan Nehmətov (77 kq) həlledici dueldə ermənistanlı Samvel Terteryana xal prinsipi (1:1) ilə məğlub olaraq gümüş mükafat əldə edib.
Tural Əhmədov (63 kq) isə əvvəlcə təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə şans tanımayıb (8:0), ardınca bürünc medal duelində ekvadorlu Klizman Velisə qalib gələrək (2:1) dünya üçüncüsü olub.



