İki qadın güləşçimiz dünya çempionatında yarımfinala çıxdı

İki qadın güləşçimiz dünya çempionatında yarımfinala çıxdı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın 2 qadın güləşçisi yarımfinalına yüksəlib.

Günay Qurbanova (57 kq) macarıstanlı Liliana Kapuvari (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskayanı (tuş) məğlub edib.

Təmsilçimiz finala gedən yolda hindistanlı Tanvi Gundeş Maqdumla üz-üzə gələcək.

Ruzanna Məmmədova (59 kq) isə ispaniyalı Roza Molina Rodriges (10:0) və hindistanlı Komal Komaldan (14:2) üstün olub. O, final üçün macarıstanlı Eda Balaşla qarşılaşacaq.

Mübarizəyə başlayan sərbəst güləşçilərimizdən Camal Abbasov (61 kq) və Məhəmməd Abbaszadə (86 kq) ümidləri doğrultmayıb.