Millimizin iki qadın üzvü finalda güləşəcək - Avropa çempionatı
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın qadın güləşçisi mübarizəyə qoşulacaq.
İki təmsilçimiz isə final qarşılaşmasına çıxacaq.
Nərgiz Səmədova (53 kq) yarışa 1/4 finaldan, Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) təsnifat mərhələsindən başlayacaq.
Qızıl medal uğrunda Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) gücünü sınayacaq.
Qitə birinciliyinə martın 15-də yekun vurulacaq.
