"Neftçi"nin ilk rəqibi "Partizan" olacaq - Hazırlıq planı açıqlandı

"Neftçi"nin ilk rəqibi "Partizan" olacaq - Hazırlıq planı açıqlandı

“Neftçi”nin 2026/27-ci illər mövsümü üçün hazırlıq planı müəyyənləşib.

Klubdan "Mediasport"a verilən məlumata görə, paytaxt təmsilçisi iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda – “Palms Sports” Futbol Mərkəzində keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq.

“Hotel Livada Prestige”də məskunlaşacaq komanda bu mərhələ ərzində 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya nəhəngi “Partizan” olacaq.

Yoxlama görüşlərinin başlanma saatı və digər rəqiblər haqda daha sonra məlumat veriləcək.