"Sabah"ın ÇL-də səfər görüşü sloveniyalı hakimlərə tapşırıldı
UEFA Çempionlar Liqasında mübarizəni davat etdirən "Sabah"ın 3-cü təsnifat mərhələsində "Orhus"la (Danimarka) səfər oyununun hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, avqustun 5-də Randers şəhərində baş tutacaq görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Rade Obrenoviçin yan xətlərdə köməkçiləri Aleksandr Kasapoviç və Qreqa Kordey olacaqlar.
4-cü hakim funksiyasını Martin Matoşa yerinə yetirəcək.
VAR-da Matey Yuq, AVAR-da isə Alen Boroşak əyləşəcək.
Matç Bakı vaxtilə saat 20:30-da başlanacaq.

