Riçard Almeyda "Qarabağ"dan göz yaşları ilə ayrıldı - FOTOLAR

Riçard Almeyda "Qarabağ"dan göz yaşları ilə ayrıldı - FOTOLAR

“Qarabağ”da Riçard Almeyda ilə vida görüşü təşkil olunub.

Mediasport.com.az xəbər verir ki, klubun bazasında keçirilən vida mərasimində kövrək anlar yaşanıb.

Braziliyalı Ağdam klubunun üzvləri ilə göz yaşları içərisində sağollaşıb.

Xatırladaq ki, Riçard Almeyda 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"ın heyətində 376 oyun keçirib, 64 qol vurub.

O, Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə bölgə təmsilçisinin formasını geyinib, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.

Yarımmüdafiəçi 2017-23-cü illərdə Azərbaycan millisinin formasını geyinib.