İntizam Komitəsi "Şamaxı"nı 700, "Kəpəz"i 1000 manat cərimə etdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, Premyer Liqanın 21-ci turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət çıxarılıb.
"İmişli" ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan "Şamaxı" 700 manat cərimə edilib.
"Sabah"la görüşün 90+8-ci dəqiqəsində "Kəpəz"in futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün iki oyunluq diskvalifikasiya edilib, komandası 1000 manat məbləğində cərimələnib.
