AFFA İntizam Komitəsi "Şəmkir" klubuna texniki məğlubiyyət verdi
AFFA İntizam Komitəsi 2-ci liqada yarışan "Şəmkir" komandasına texniki məğlubiyyət verib.
"Mediasport"un məlumatına görə, buna qərb təmsilçisinin "Xankəndi" ilə oyunda Əsasnamənin tələblərini pozması səbəb olub.
Belə ki, "Şəmkir" oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət (maddə 58.3, 77.1, 88, 94) alıb.
