İspaniya klubu azərbaycanlı futbolçu ilə müqavilə imzaladı
Azərbaycanlı futbolçu Hüseyn Əhmədov karyerasını İspaniyada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, cinah müdafiəçisi 3-cü liqa təmsilçisi "Kasaleqas"da forma geyinəcək.
19 yaşlı futbolçu pireneylilərlə 1 illik müqavilə bağlayıb.
Əhmədov son olaraq Azərbaycanda 2-ci liqa klubu "Dinamo"da (Bakı) oynayıb.
"Kasaleqas" 18 komandalı çempionatda 22 turdan sonra 12 xalla 17-ci pillədə qərarlaşıb.
