APL, 1-ci Liqa və 2-ci Liqada "Ayın qolu" layihəsinin qalibləri seçildi

Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri məlum olub.
“Mediasport” xəbər verir ki, xəbər verir ki, Azərbaycan Premyer Liqasında ən yaxşı qolun müəllifi "Qarabağ"dan Patrik Andrade seçilib.
1-ci Liqada MOİK-dən Ramil Orucov, 2-ci Liqada isə "Qusar"dan Eşqin Tağıyev qalib adına layiq görülüb.
2-ci Liqanın səsverməsində 3 oyunçunun qolu eyni sayda - 3 xal toplayıb.
Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.
Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevə üstünlük verilib.