Qurban Qurbanov AFFA İK-nın iclasında niyə iştirak etməyib?

Qurban Qurbanov AFFA İK-nın iclasında niyə iştirak etməyib?

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, bir sıra vacib qərarların verildiyi toplantıda İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov iştirak etməyib.

AFFA-nın mətbuat xidmətindən verilən açıqlamaya görə, mütəxəssisin toplantıya qatılmamasının səbəbi "Qarabağ"ın sabahkı oyunu ilə əlaqədardır.

Qurban Qurbanov toplantıya sabah Premyer Liqanın 27-ci turu çərçivəsində baş tutacaq "Kəpəz" - "Qarabağ" matçına görə qatıla bilməyib.

O, komandası ilə birlikdə Tovuza yollanıb.