Millimizin 19 üzvü Polşada Avropa Açıq Turnirində iştirak edəcək
Azərbaycan cüdoçuları Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa Açıq Turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, turnmir martın 14-15-də baş tutacaq.
Azərbaycan yarışda 9 çəki dərəcəsində 19 idmançı (15 kişi, 4 qadın) ilə təmsil olunacaq.
Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq), Camal Feyziyev (+100 kq), Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli və Günel Həsənli (hər ikisi 78 kq) mübarizə aparacaq.
Kişilərdən ibarət yığma böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığma isə məşqçi İmamverdi Məmmədovun rəhbərliyində yarışacaq.
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
