7 cüdoçumuz Qran-pridə yarışdı, yalnız biri medal qazana bildi
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri yarışı start götürüb.
"Mediasport" xəbər verir ki, ilk yarış günündə Azərbaycan 7 təmsilçisi mübarizəyə qoşulub.
Onlardan yalnız biri medal qazanıb. 60 kq çəkidə yarışan Hüseyn Allahyarov bürünc mükafatçı olub.
60 kq-da Murad Muradlı, Hüseyn Allahyarov, 66 kq-da İslam Rəhimov, Nazir Talıbov, 48 kq-da Könül Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva ümidləri doğrultmayıblar.
Ölkəmiz turnirə 15 cüdoçu ilə yollanıb.
