Jalə Əliyeva bürünc medal qazandı - Avropa çempionatı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün yarışda qadın güləşçilərimiz medal görüşlərinə çıxıblar.
Üçüncülük uğrunda güləşən təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) ümidləri doğruldaraq bürünc medala sahib çıxıb.
Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) isə məğlub olaraq 5-ci yeri tutublar.
Beləliklə, qadın komandamız AÇ-ni iki bürünc medalla başa vurub.
Xatırladaq ki, daha əvvəl Günay Qurbanova (59 kq) da bürünc mükafat qazanmışdı.
Qitə birinciliyi aprelin 26-da yekunlaşacaq.
