2026-ci ildə Azərbaycanda U-17 dünya çempionatı keçiriləcək

2026-ci ildə Azərbaycanda U-17 dünya çempionatı keçiriləcək

2026-ci ildə güləş üzrə U-17 dünya çempionatı Bakıda keçiriləcək.

"Mediasport" xəbər verir ki, bu haqda məlumatı Dünya Güləş Birliyi (UWW) açıqlayıb.

Azərbaycanın paytaxtı iyulun 27-dən avqustun 2-dək mundiala ev sahibliyi edəcək.

Xatırladaq ki, ölkəmizdə 2022-ci ildə yunan-Roma güləşi üzrə Dünya Kuboku (2022), 2024-cü ildə isə Avropa Olimpiya Təsnifat Turniri təşkil olunub.