Millimiz AÇ-nin son günündə daha bir qızıl medal qazandı

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, komandamız qitə birinciliyinin son günündə daha bir qızıl medal qazanıb.
72 kq çəkidə yarışan Ruslan Nurullayev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan yığması turniri ümumilikdə 4 qızıl, 5 gümüş və 7 bürünc mükafatla yekunlaşdırıb.
Sərbəst güləş üzrə millimiz komanda hesabında 4-cü dəfə Avropaçempionu oldu. Arseniy Djioyev (86 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq) və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) bürünc medal əldə edib.
Qadın güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanaraq komanda hesabında növbəti dəfə Avropa üçüncüsü oldu. Elnurə Məmmədova (53 kq) və Günay Qurbanova (59 kq) Avropa çempionu olub, Əsmər Cankurtaran (50 kq) bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşində isə Ruslan Nurullayev çempion olub, Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyev (55 kq) və Xasay Həsənli (77 kq) 3-cü yeri tutub.