Kabo-Verde millisi sensasiyaya davam edir - Dünya Kuboku
Futbol üzrə Kabo-Verde milli komandasının 23-cü dünya çempionatında sensasion çıxışları davam edir.
"Mediasport" xəbər verir ki, afrikalılar ikinci tur matçında da sürpriz nəticəyə imza atıblar.
Pedro Brito Leytaonun baş məşqçisi olduğu komanda dünya nəhəngi İspaniyanın ardından bu dəfə Uruqvay yığması ilə bərabərə qalıb - 2:2.
H qrupunda yer alan kollektiv son turda Səudiyyə Ərəbistanı seçməsi üzərində qələbə qazansa, tarixində ilk dəfə iştirak etdiyi Dünya Kubokunda pley-offa yüksələcək.


