Azərbaycanda işləmiş məşqçi yeni klubundan iki həftəyə istefa verdi

Azərbaycanda işləmiş məşqçi yeni klubundan iki həftəyə istefa verdi

2011-2012-ci illərdə Azərbaycan Premyer Liqasında "Simurq"un baş məşqçisi olmuş Sergey Yuran kuryoz hadisə ilə üzləşib.

"Mediasport" xəbər verir ki, rusiyalı mütəxəssis yeni işləməyə başladığı "SKA-Xabarovsk" klubundan ayrılıb.

O, ailə vəziyyəti ilə bağlı işini icra edə bilməyəcəyini bildirərək 1-ci Liqa klubunu tək edib.

Xatırladaq ki, Yuran Xabarovsk təmsilçisinə iki həftə əvvəl baş məşqçi təyin edilmişdi.

56 yaşlı çalışdırıcını Mixail Semyonov əvəz edib.