AÇ-nin Yunanıstan - Latviya görüşü Qurbanova tapşırıldı
Azərbaycanın FİFA referisi Tural Qurbanov növbəti beynəlxalq təyinat alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi U-21 Avropa çempionatında iş başında olacaq.
O, Yunanıstan - Latviya görüşünü idarə edəcək.
Yan xətlərdə Cəmil Quliyev və Asiman Əzizli işləyəcək.
Oktyabrın 1-də baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da strat götürəcək.

