Azərbaycan milli komandası Şotlandiya yığmasına uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Şotlandiya səfərində meydana çıxıb.
Norveçli hakimlər briqadasının idarə etdiyi B qrupunun 9-cu tur matçında qapılara 7 qol vurulub.
Xatırladaq ki, yığmamız qrupda bunadək Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5, 1:1), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə oyunlarda 7 xal toplayıb və qrupda 5-cidir.
Lider Portuqaliyanın 22, 2-ci olan Çexiyanın 18, 3--4-cü sıralarda qərarlaşan Şotlandiya ilə Bolqarıstanın 14 xalı var.
Final mərhələsi şansını itirən komandamızın qrupda son görüşü oktyabrın 6-da Bakıda Cəbəllütariq yığmasına qarşı olacaq.
Avropa çempionatı. Seçmə mərhələ. B qrupu. 9-cu tur
Şotlandiya - Azərbaycan 5:2
Qollar: Barni Stüart, 24, 26, Ceyms Uilson, 28, Tayler Fletçer, 60, Bobbi Uels, 80 - Nəriman Axundzadə, 21, Raul Məmmədov, 70.
Baş hakim: Matiyas Stöfrinqshauq
Yan xətt hakimləri: Erland Hareland, Edvard Helgerud
Dördüncü hakim: Mohammad Usman Aslam
Şotlandiya, Kilmarnok, "Reqbi Park" stadionu.
Şotlandiya: 1. Liam Manfarleyn, 20. Ceremia Mullen (k), 5. Coşua Finey, 4. Henri Fyeldson, 22. Dilan Lobban, 6. Rayan Karr, 16. Tayler Fletçer, 11. Teylor Stivn, 8. Findli Körtis, 10. Ceyms Uilson, 9. Barnebi Stüart.
Baş məşqçi: Entoni Doçerti.
Azərbaycan: 12. Sadiq Məmmədzadə, 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov, 20. Ayxan Süleymanlı (k), 5. Emin Rüstəmov, 18. Şahin Şahniyarov, 17. Nihad Əhmədzadə, 13. Sənan Muradlı, 10. Nəriman Axundzadə, 23. Hikmət Cəbrayılzadə, 19. Lorenso Mezzotero.
Baş məşqçi: Rəşad Eyyubov.

