Millimizin Moldova və Yaponiya ilə matçları canlı yayımlanacaq
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yoldaşlıq oyunları canlı yayımlanacaq.
"Mediasport" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmaları “CBC Sport”un YouTube kanalı vasitəsilə izləmək mümkün olacaq.
Millimiz Moldova və Yaponiya yığmaları ilə üz-üzə gələcək. Görüşlər müvafiq olaraq oktyabrın 3-də və 6-da baş tutacaq.
Moldovalılarla matç saat 18:00-da, asiyalılarla qarşılaşma isə 16:00-da başlanacaq.

