Klublararası dünya çempionatının reqlamentində dəyişiklik edilə bilər

İngiltərənin nüfuzlu "The Guardian" nəşri FİFA Klublarası dünya çempionatının iki ildən bir keçiriləcəyinə dair məlumat yayıb.
"Mediasport" xəbər verir ki, bu qərarın 2029-cu ildən qüvvəyə minəcəyi və turnirdə iştirak edəcək klub sayının 32-dən 48-ə qədər artırılması düşünülür.
İyunun 15-dən iyulun 13-dək ABŞ-də təşkil olunmuş yarışın son qalibi "Çelsi" olub. "Zadəganlar" həlledici matçda UEFA Çempionlar Liqasının qalibi PSJ-ni 3:0 hesabı ilə məğlub edib.
Mundialda Avropa qitəsindən (UEFA) 12, Cənubi Amerikadan (CONMEBOL) 6, Şimali və Mərkəzi Amerikadan (CONCACAF) 4 klub, Afrika (CAF) və Asiyadan (AFC) isə hərəyə 4 klub iştirak edəcək.