ABF-nin 2026/2027-ci illər mövsümünün açılışı tədbiri oldu

 ABF-nin 2026/2027-ci illər mövsümünün açılışı tədbiri oldu

Azərbaycan Basketbol Federasiyasında (ABF) 2026/2027 mövsümünün açılışı ilə bağlı tədbir keçirilib.

Bu barədə "Mediasport"a ABF-dən məlumat verilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, universitet rektorları, rəsmi tərəfdaşlar, federasiya əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə federasiyanın mətbuat katibi Sənan Əliyev ötən mövsümün hesabatını təqdim edib.

O, ötən mövsümdə həyata keçirilən layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.

Daha sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib.

O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.

ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunub və yerli çempionatın daha da rəqabətli olmasından danışıb:

Qeyd edək ki, Azərbaycanda yeni basketbol mövsümü sabah start götürəcək.