"Barselona" 48-ci dəfə Joan Qamper Kubokunun qalibi oldu
“Barselona” növbəti dəfə ənənəvi Joan Qamper Kubokunun qalibi olub.
"Mediasport" xəbər verir ki, kataloniyalılar həlledici matçda Misirin “Əl Əhli” komandası ilə üz-üzə gəliblər.
"Kamp Nou”da baş tutan görüş ispanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləcə, "Barselona" tarixində 48-ci dəfə bu kuboka sahib çıxıb.
Xatırladaq ki, Joan Qamper "Barselona" Futbol Klubunun yaradıcılarından və əfsanəvi oyunçularından olub.
Turnir 1966-cı ildən təşkil edilir.


