Kamal Umudlu U-19 Avropa çempionatının matçlarını idarə etdi
FİFA referisi Kamal Umudlu U-19 Avropa çempionatının seçmə qrup mərhələsinin 3 görüşünə təyinat alıb.
"Mediasport" xəbər verir ki, o, 1-ci raundun A qrupunun İsveç – Sloveniya və Belçika – İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında ehtiyat hakim olub.
Digər referimiz Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.
