Azərbaycan klubunun 3 legioneri ölkələrinin millilərinə dəvət aldı

Azərbaycan klubunun 3 legioneri ölkələrinin millilərinə dəvət aldı

"Karvan-Yevlax"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıblar.

"Mediasport" xəbər verir ki, Samuel Dürant Şri-Lanka, Coy Sleyd Mikels Ruanda, Pedro Mateuş isə San-Tome və Prinsipi yığmalarına çağırılıb.

Şri-Lanka seçməsi martın 31-də Asiya Kubokunun seçmə mərhləsinin 3-cü turu çərçivəsində Çin Taypeyinin qonağı olacaq.

Ruanda millisi martın 27-də “FİFA Series - 2026” turnirində Qrenada kollektivi ilə qarşılaşacaq.

San-Tome və Prinsipi futbolçuları isə Afrika Millətlər Kubokunun seçmə raundunda Efiopiya millisi ilə üz-üzə gələcək.