Futboldan ömürlük uzaqlaşdırılan Nəzərlinin şikayəti təmin edilmədi

Futboldan ömürlük uzaqlaşdırılan Nəzərlinin şikayəti təmin edilmədi

Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu Muxtar Nəzərlinin danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırılması ilə bağlı qərardan şikayəti təmin edilməyib.

"Mediasport" xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalının iclasında qərar qəbul olunub.

1. I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğluna futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AFFA-nın Apellyasiya Arbitraj Tribunalının müraciətinə əsasən daxil olmuş cavab məktubuna müvafiq olaraq yenilənsin.

2. Nəzərli Muxtar Mehman oğlu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

3. I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğluna danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.