Karyerasını başa vuran Rafiq Hüseynova vəzifə verildi - RƏSMİ
Güləş üzrə ikiqat dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov karyerasını başa vurub.
"Mediasport" xəbər verir ki, təcrübəli idmançı bundan sonra Azərbaycan Güləş Federasiyasında çalışacaq.
O, yunan-Roma güləşi üzrə komandaların koordinatoru vəzifəsini yerinə yetirəcək.
Xatırladaq ki, Rafiq Hüseynov İslam Həmrəyliyi Oyunlarının qızıl, Avropa Oyunlarının gümüş, Tokio Olimpiadasının isə bürünc medalçısıdır.
