"Neftçi" legionerini yola saldı - Doğma klubuna geri qayıtdı

"Neftçi" legionerini yola saldı - Doğma klubuna geri qayıtdı

"Neftçi"də özünü yaxşı tərəfdən göstərə bilməyən Luis Ortis vətəninə qayıdıb.

"Mediasport" xəbər verir ki, paraqvaylı vinger yenidən "Ameliano"da oynayacaq.

Qeyd edək ki, 26 yaşlı amerikalı 2025-ci ilin yayından Bakı klubunda icarə əsasında çıxış edirdi.

O, "ağ-qaralar"ın heyətində 24 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.