"Kəpəz"in legioneri Millətlər Liqasında darmadağınla üzləşdi

 "Kəpəz"in legioneri Millətlər Liqasında darmadağınla üzləşdi

“Kəpəz”in futbolçusu Viktor Stina Moldova yığmasının heyətində növbəti oyununu keçirib.

"Mediasport" xəbər verir ki, vinger UEFA Millətlər Liqasının 4-cü turunun Slovakiya ilə ev görüşündə forma geyinib.

Stina meydana 67-ci dəqiqədə daxil olub. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.