"Gəncəbasar"dan növbəti transfer

 "Gəncəbasar"dan növbəti transfer

Futbol üzrə Azərbaycan 1-ci Liqa təmsilçisi “Gəncəbasar” yeni oyunçu ilə güclənib.

"Mediasport" xəbər verir ki, qərblilər Rüfət Tahirovu transfer ediblər.

21 yaşlı müdafiəçi ilə 1 mövsümlük müqavilə bağlanıb.

Tahirovun sonuncu klubu “Difai” olub.

Qeyd edək ki, "Gəncəbasar" daha əvvəl "Cəbrayıl" adı ilə fəaliyyət göstərib.