Azərbaycan Premyer Liqasında 1-ci tur: "Sumqayıt" "Kəpəz"ə qarşı

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər futbol mövsümünün birinci turunun oyunları davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə 1 matç keçiriləcək.
"Gənclik şəhəri" təmsilçisi "Sumqayıt" doğma azarkeşlər önündə Gəncə klubu "Kəpəz"i qəbul edəcək.
1-ci tur çərçivəsində keçirilmiş digər oyunlarda "Karvan-Yevlax" - "Qəbələ" (1:1) və "Neftçi" - "Şamaxı" (1:1) oyunları bərabərliklə bitib.
"Turan Tovuz" isə "İmişli"ni məğlub edib - 1:0.
Tura sabah baş tutacaq "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 1-ci tur
15 avqust
"Karvan-Yevlax" – "Qəbələ" 1:1
Qollar: Murad Musayev, 78-öz qapısına – Domi Massumo, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Şamaxı şəhər stadionu
"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 37. Mois Nqvisani 19. Tompson Qavi 3. Said İranxan 10. Samuel Durrant 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 7. Araz Abdullayev 32. Elvin Yunuszadə 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 77. Əli Abdullayev 11. Kayl Spens 8. Peter Kinqs 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 36. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila.
Baş məşqçi: Kaxaber Çxadadze.
16 avqust
"İmişli" - "Turan Tovuz" 0:1
Qol: Roberto Olabe, 90+9.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Cavid Cəlilov
VAR: Tural Qurbanov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 3. Tuncay Cəfərli, 94. Rafael Vieqas, 14. Ronaldo Rodriqes, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Junior.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Xorxe Kaskilya.
"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 5. Roderik Miller, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 23. Alexandro Serrano, 99. Vaci İbrahima.
Baş məşqçi: Kurban Berdıyev.
"Neftçi" - "Şamaxı" 1:1
Qollar: Emin Mahmudov, 45+2-pen. - Kərim Rossi, 23.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Neftçi Arena”.
"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Mehdi Həsənov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 36. Həsən Mahmudov, 77. Falaye Sako, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Baş məşqçi: Samir Abasov.
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tırkovyanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səşlim Həşimov, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 7. Edqar Adilxanov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
17 avqust
20:30. "Sumqayıt" - "Kəpəz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
19 avqust
20:00. "Zirə" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu.
QEYD: Turun "Sabah" - "Qarabağ" görüşü ikincilərin avrokubok matçı ilə əlaqədar beynəlxalq oyun qaydalarına əsasən təxirə salınıb.