Kərəm, Asensio və Ederson Moraes

Türkiyə klubu "Fənərbağça" transfer çalışmalarını davam etdirir.
"Mediasport" xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu Marko Asensionu heyətinə qatıb.
29 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
"Sarı-göylər" "Benfika"nın və Türkiyə milli komandasının üzvü Kərəm Aktürkoğlunu da transfer edib.
26 yaşlı oyunçu "Fənərbağça" ilə 4 illik sözləşməyə imza atıb.
Bununla yanaşı, İstanbul nəhəngi "Mançester Siti"dən Ederson Moraeslə də anlaşıb.