İspaniya La Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

  İspaniya La Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

Lamin Yamal 2025/2026 mövsümü üzrə İspaniya La Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.

"Mediasport" xəbər verir ki, "Barselona"nın forvardı Kilian Mbappeni ("Real" Madrid), Pablo Fornalsı ("Betis") və Nikolas Pepeni ("Vilyarreal") qabaqlayaraq mükafata sahib çıxıb.

İspaniya millisinin üzvü ölkə çempionatı tarixində bu ada sahib çıxan ən gənc futbolçulardan olub.

O, başa çatan sezon Kataloniya təmsilçisinin heyətində 28 oyuna 16 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.