Kilian Mbappe tarixə düşdü

Kilian Mbappe tarixə düşdü

Fransa milli komandasının hücumçusu Kilian Mbappe yığmanın tarixinə düşüb.

"Mediasport" xəbər verir ki, "xoruzlar"ın kapitanı millinin heyətində dünya çempionatlarının final mərhələlərində ən çox oyun keçirən futbolçu olub.

Dünya Kuboku-2026-nın yarımfinal mərhələsinin İspaniya ilə qarşılaşması forvardın 21-ci matçı kimi yadda qalıb.

Onadək millidə rekord göstərici sabiq qapıçı Uqo Lyorisə məxsus idi.