KL: "Neftçi" və "Turan Tovuz"un potensial rəqiblərinin sayı artdı

KL: "Neftçi" və "Turan Tovuz"un potensial rəqiblərinin sayı artdı

UEFA Konfrans Liqasında mübarizə aparacaq "Neftçi" və "Turan Tovuz"un potensial rəqibləri müəyyənləşir.

"Mediasport" xəbər verir ki, təmsilçilərimiz səpələnməmişlər səbətində yer alacaq.

"Ağ-qaralar"In 26 potensial rəqibindən 17-nin, tovuzluların isə 44 mümkün rəqibindən 15-nin adı məlum olub.

Kurban Berdiyevli qərblilər mübarizəyə 2-ci, Yuri Vernidubun komandası isə 1-ci təsnifat mərhələsindən başlayacaq.

Yarışın ilk turunun matçları 9-16 iyul, cavab qarşılaşmaları 23-30 iyul tarixlərində baş tutacaq.

"Neftçi"nin potensial rəqibləri:

"İlves", "İnter Turku" (hər ikisi Finlandiya), "Santa Koloma" (Andorra), "Konnas Kuey”, "Penibont", "Karnarfon Taun" (hamısı Uels), "Bohemians", "Qlentoran" (hər ikisi İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "Malişeva" (Kosovo), "Elimai" (Qazaxıstan), "Hegelmann" (Litva), "Runavik" (Farer adaları), "Marsaxlokk" (Malta), "Nomme Kalyu" (Estoniya), "Liepaya" (Latviya) və Lüksemburq çempionatında üçüncü yeri tutan komanda.

"Turan Tovuz"un potensial rəqibləri:

"Panatinaikos" (Yunanıstan), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Riyeka" (Xorvatiya), ÇFR (Rumıniya), "Helsinki" (Finlandiya), "Jrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "Hradeç" (Çexiya), "Austria" (Avstriya), "Vaduts" (Lixtenşteyn), "Nordşelland" (Danimarka) və "Tobol" (Qazaxıstan)