Xorvatiya klubu azərbaycanlı futbolçunun transferini açıqladı

"Səbail"dən ayrılan Rüfət Abdullazadənin karyerasını Xorvatiyada davam etdirəcəyi rəsmiləşib.
"Mediasport" xəbər verir ki, Konfrans Liqasına hazırlaşan "Varajdin" yarımmüdafiəçinin keçidini açıqlayıb.
24 yaşlı vinger xorvatlarla 3 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, "Varajdin" ötən mövsüm Xorvatiya çempionatını 4-cü pillədə başa vuraraq UEFA Konfrans Liqasında mübarizə aparmaq imkanı qazanıb.