"Qarabağ"ın hücumçusu Əlcəzair klubu ilə müqavilə bağladı - RƏSMİ
 
                                "Qarabağ" daha bir futbolçusu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, Ağdam klubu Redon Cica ilə yollarını ayırıb.
Albaniyalı hücumçu Əlcəzairin “Beluizdad” komandası ilə anlaşıb.
26 yaşlı forvard 2023-cü ilin yanvarından formasını geyindiyi "Qarabağ"la 3 dəfə Azərbaycan çempionu adını qazanıb.
1 dəfə ölkə kubokunun qalibi olmuş Cica 73 oyunda 13 qol və 5 assistə imza atıb.
 
                        
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
             
    
 
    
 
    
 
    
 
    
 
    
 
    
