Knyaz Əmiraslanov ÇL-də "Benfika"nın oyununa təyinat aldı

 Knyaz Əmiraslanov ÇL-də "Benfika"nın oyununa təyinat aldı

Azərbaycanın futzal üzrə FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Lozniça-Qrad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Lüksol Sent Endryus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək "Lüksol Sent Endryus" - "Lozniça-Qrad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.