"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında 2-ci tur heç-heçə etdi

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında 2-ci tur heç-heçə etdi

Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 7-ci qrupda Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edən (2:1) Yevgeni Kukseviçin komandası bu dəfə Lüksemburqun "Differdanj" kollektivi ilə üz-üzə gəlib.

Matçda qalib müəyyənləşməyib.

Son rəqibimiz noyabrın 1-də Niderlandın "Taygers Roermond" komandası olacaq.


UEFA çempionlar Liqası. Əsas mərhələ. 7-ci qrup. 2-ci tur


"Araz-Naxçıvan" - "Differdanj" (Lüksemburq) 2:2

Hakimlər: Valentin Kiuplea, Viktor Çaix (Fransa), Aslan Qalayev

Timekiper: Laurentiu Deakonu (Rumıniya)

Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)

UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)

Rumıniya, "Sala Sporturilor Dunarea".