Komandamız BƏƏ-də Dünya Korporativ Oyunlarının qalibi oldu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında minifutbol üzrə II Dünya Korporativ Oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, Ədliyyə Nazirliyinin komandası yarışın qalibi adını qazanıb.
Futbolçularımız final görüşündə Rusiyadan olan həmkarlarını məğlub ediblər - 1:0.
Təmsilçimizin heyətində Ruslan Vəliyev turnirin ən yaxşı müdafiəçisi seçilib.