Krivotsyukla Xaybulayev millidən birdəfəlik qovulub? - AÇIQLAMA
"Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Malta seçməsi ilə yoxlama matçından sonra Anton Krivotsyuk və Abdulla Xaybulayevin intizamsızlığa görə yığmadan kənarlaşdırılmalarına münasibət bildirib.
A.Abbasov vurğulayıb ki, görüşün sonlarında bir-biri ilə davan edən futbolçuların cəzası bu toplanışı əhatə edir:
"Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır.
Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir".
Xatırladaq ki, yığmamız Macarıstanda Maltaya 0:2 hesabı ilə uduzub.


