UEFA nümayəndələri azərbaycanlı hakimlərə seminar keçiblər
Elit kateqoriyalı hakimlərin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir.
AFFA-dan "Mediasport"a verilən məlumata görə, Hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, Əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub, hakimlərin çəki indeksi yoxlanılıb.
AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar təşkil olunub.
Karlos Velasko “Meydanda mövqe seçimi” və “Oyunun idarəolunması” mövzusunda praktiki seminarlar keçib.
UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.
