Yevgeni Kukseviç Azərbaycan millisinin baş məşqçi təyin edildi

 Yevgeni Kukseviç Azərbaycan millisinin baş məşqçi təyin edildi

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda futzal üzrə A milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb.

Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə təyinatı təsdiqlənib.

Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.