Liqalarda "Ayın qolu" layihəsinin qaliblərinə mükafat təqdim olundu

Azərbaycan 1 və 2-ci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində qaliblər mükafatlandırılıb.
"Mediasport" xəbər verir ki, 1-ci Liqada qalib "Karvan"ın hücumçusu Ezekiel Morqan, 2-ci Liqada isə "Hypers Guba"nın üzvü Hüseyn Novruzov olub.
Mayın ən yaxşı qollarının müəlliflərinə mükafatları Peşəkar Futbol Liqasının (PFL) Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.