Madriddə seçki baş tutdu: "Real"ın yeni prezidenti müəyyənləşdi
Madridin "Real" idman klubunda prezident postuna seçkilər baş tutub.
"Mediasport" xəbər verir ki, Florentino Peres yenidən "kral klubu"nun rəhbəri seçilib.
79 yaşlı biznesmen Enrike Rikelmeni böyük üstünlüklə geridə qoyub.
Peresin yeni səlahiyyət müddəti 2030-cu ildə başa çatacaq.
2009-cu ildən “los-blankos”a fasiləsiz rəhbərlik edən Peres 2000–2006-cı illərdə də klubun prezidenti olub.
Komanda onun rəhbərliyi dövründə 7 dəfə Uefa Çempionlar Liqası, 7 dəfə İspaniya çempionuluğunu, 7 dəfə İspaniya Superkubokunu, 3 dəfə isə İspaniya Kubokunu qazanıb.
Paytaxt təmsilçisi həmçinin 5 dəfə FİFA Klublararası Dünya Kubokuna sahib çıxıb.
Komandanın basketbolda 9 İspaniya, 7 Kral Kuboku, 9 İspaniya Superkuboku, 3 Avroliqa və 1 FİBA Qitələrarası Kubok zəfəri də var.


