Dünyanın ən dəyərli futbol klubu 20-ci sırada qərarlaşıb - REYTİNQ

Dünyanın ən dəyərli futbol klubu 20-ci sırada qərarlaşıb - REYTİNQ

Nüfuzlu “Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı idman klublarının reytinqini açıqlayıb.

"Mediasport" xəbər verir ki, cədvəlin ilk 19 pilləsində futbol klubu yer almayıb.

Birinci yerdə növbəti dəfə Amerika Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas Kovboys” klubu qərarlaşıb.

2016-cı ildən liderliyi əldən verməyən komandanın dəyəri 13 milyard ABŞ dollarıdır.

Sıralamada ikinci mövqeyi 11 milyard dollarlıq qiymətləndirmə ilə Milli Basketbol Assosiasiyasında (NBA) yarışan “Qolden Steyt Uarriors” tutub.

NFL-dən “Los Anceles Rams” üçüncü (10,5 milyard dollar), "Nyu York Cayents" dördüncü (10,1 milyard dollar), "Los Anceles Leykers" isə beşinci (10 milyard dollar) olub.

Reytinqdə ən yaxşı göstəriciyə malik futbol klubu Madrid "Real"ıdır ki, İspaniya nəhəngi də 6,75 milyard dollarlıq dəyərlə 20-cidir.